"Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə kömək etməyə hazırıq" - Peskov

   "Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə kömək etməyə hazırıq" -    Peskov
  07 Dekabr 2022    Oxunub:709
Moskva Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünə hər cür kömək etməyə hazırdır. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin ilin sonuna qədər Rusiyada növbəti görüşünün mümkünlüyü ilə bağlı sualı cavablandırarakən qeyd edib ki, “Rusiya, təbii ki, öz ərazisində belə bir görüşün keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq".

Eyni zamanda, Peskov görüşün Sankt-Peterburqda MDB ölkələri başçılarının ənənəvi Yeni il ərəfəsi baş tutan qeyri-rəsmi görüşü çərçivəsində reallaşa biləcəyini istisna etməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti