İsa Məlikov vəzifəsindən ayrıldı

   İsa Məlikov vəzifəsindən ayrıldı
  07 Dekabr 2022    Oxunub:724
“Avroviziya” mahnı müsabiqəsinin Azərbaycan nümayəndəliyinə rəhbərlik edən İsa Məlikov vəzifəsindən ayrılıb. AzVision.az xəbər verir ki, o, bu barədə facebook səhifəsində məlumat verib
"Dostlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bugündən etibarən “Avroviziya” müsabiqəsinin Azərbaycan deleqasiyasına rəhbərlik etmirəm. Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəsüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracam.

Gələn il üçün nəhayət ki, ilk müəllif konsertimi reallaşdırmağı planlaşdırıram. Yeni ildən dərhal sonra onun hazırlıqlarına başlayacağam. Eyni zamanda, daha bir layihənin startı gözlənilir, amma bu hələ ki, sirrdir.

İTV telekanalı və xüsusi ilə də kanalın rəhbərliyi ilə münasibətlərimiz möhtəşəm formalaşıb. İrəlidə bir çox planımız var və 2023-də xeyli maraqlı istiqamətlərdə çalışacağıq.

Azərbaycanın gənc komandasının hər bir üzvünə onların əzmkarlığına və fədakarlığına, daha çox və daha yaxşı iş görmək istəklərinə görə təşəkkür edirəm.

“Avroviziya” müsabiqəsində Azərbaycanı təmsil edən, birlikdə işlədiyim hər kəsə minnətdaram. Bu, mənə unudulmaz təcrübə və inanılmaz emosiyalar qazandırdı. Hər birinizin bu layihədə buraxdığınız dəyərli izi, özünüzün dəyərli parçası var".

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti