DSX binasında yanğın: 14 nəfər tüstüdən zəhərləndi

      DSX binasında yanğın:    14 nəfər tüstüdən zəhərləndi
  06 Dekabr 2022    Oxunub:527
Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə bağlı TƏBİB-in təcili yardım maşınları cəlb olunub.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti