DYP: "Bakıda 5 milyona yaxın vətəndaş yaşayır, bu da sıxlıqlara səbəb olur"

      DYP:    "Bakıda 5 milyona yaxın vətəndaş yaşayır, bu da sıxlıqlara səbəb olur"
  06 Dekabr 2022    Oxunub:515
Bu ilin 11 ayı ərzində Bakıda İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi üzrə, nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub.
AzVision.az xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Baş Dövlət Yol Polisinin baş inspektoru Araz Əsgərli qeyd edib. Onun sözlərinə görə, paytaxt ərazisində ən çox qayda pozulması dayanma və durma ilə bağlıdır:

"Hələ də avtobus zolaqlarına istədiyimiz qədər məsuliyyətli münasibət yoxdur. Bu cür qayda pozuntuları kamera görüntüləri ilə araşdırılır və hər birinə hüquqi qiymət verilir".

DYP rəsimisi əlavə edib ki, hazırda ölkədə mövcud olan avtomobil parkı təqribən 1,7 milyon nəqliyyat vasitəsini əhatə edir: "Qeyri-rəsmi məlumatlara görə, paytaxtda 5 milyon nəfərə yaxın vətəndaş yaşayır ki, bu da sıxlıqlara və yol infrastrukturunun yüklənməsinə səbəb olur".

AzVision.az



Teqlər:





Xəbər lenti