Toğanalı-Kəlbəcər yolu buz bağlayıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb

      Toğanalı-Kəlbəcər yolu buz bağlayıb,  nəqliyyatın hərəkətində çətinlik yaranıb
  05 Dekabr 2022    Oxunub:686
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu buz bağlayıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, yolun buz bağlaması avtomobillərin hərəkətinə maneə olub və qismən tıxac yaranıb.

Hazırda ərazidə olan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və digər aidiyyatı qurumlar tərəfindən yaranmış problemin həlli üçün işlər aparılır.

DYP sürücülərdən həmin yolda ehtiyatlı olmaları və yol-hərəkət qaydalarına riayət etmələrini xahiş edir.

AzVision.az



Teqlər:





Xəbər lenti