"Strep A": İngiltərədə 7 uşaq yeni infeksiyadan ölüb

      "Strep A":    İngiltərədə 7 uşaq yeni infeksiyadan ölüb
  05 Dekabr 2022    Oxunub:871
İngiltərədə 12 yaşlı daha bir uşaq "Strep A"dan vəfat edib. Bununla ölkədə xəstəliyə yoluxaraq ölən uşaqların sayı 7-yə yüksəlib.
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) yaydığı məlumatda bildirib ki, sentyabr ayından bəri ölkədə altı uşaq "Strep A" infeksiyasından ölüb. Uşaqlardan beşinin yaşı 10-dan aşağıdır.

Səhiyyə mütəxəssisləri yaxın həftələrdə yoluxma hallarının artacağını qeyd edirlər. Onlar əksər uşaqlarda xəstəliyin yüngül keçəcəyini vurğulayıblar.

Bu günə qədər Şotlandiyada "Strep A" infeksiyasına 8 yoluxma hadisəsi olub, lakin ölüm qeydə alınmayıb. Səhiyyə işçiləri infeksiyaya yoluxan ailələri diqqətli olmağa çağırıb.

İnfeksiyaya yoluxan bir çox şəxsin vəziyyətinin ağırlaşmamasına baxmayaraq, xəstəlik ciddi nəticələrə də səbəb ola bilər. Məsələn, İngiltərədə 2017-2018-ci illərdə 10 yaşından dörd uşaq "Strep A" infeksiyasından ölüb.

Son həftələrdə yoluxma halları daha da artıb. Koronavirus məhdudiyyətlərinin aradan qaldırılması ilə bu cür infeksiyaların yayılması da mümkündür. UKHSA hesab edir ki, cəmiyyətdə dolaşan bakteriyaların çox olması da artımda mühüm rol oynayır.

"Strep A" boğazda və dəridə tapıla bilən bir bakteriyadır. Bir çox insan bilmədən
bakteriyaları zərərsiz şəkildə daşıya bilər. Lakin bu, onun digər insanları xəstələndirməsinə maneə deyil. İnsanlar yaxın təmas, öskürək və asqırma yolu ilə yoluxa bilərlər. Yoluxma hallarını daha çox məktəblərdə və qocalar evlərində görmək mümkündür.

A Qrupu Strep bakteriyalarının səbəb olduğu infeksiya boğaz ağrısı və dəri infeksiyası əlamətləri ilə adətən yüngül keçir. Antibiotiklərlə də asanlıqla müalicə edilə bilər. Lakin "Strep A" bakteriyası bəzi digər, daha ciddi xəstəliklərdən də yarana bilər. Bunlardan biri də daha çox uşaqlara təsir edən qırmızı xəstəlikdir. Bu xəstəlik üçün antibiotiklər lazımdır.

AzVision.az



Teqlər:





Xəbər lenti