"Danışıqların üçüncü raundu ilin sonuna kimi baş tuta bilər" - Ceyhun Bayramov

   "Danışıqların üçüncü raundu ilin sonuna kimi baş tuta bilər" -    Ceyhun Bayramov
  05 Dekabr 2022    Oxunub:387
"Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına dair saziş layihəsini hazırlayıb Ermənistana təqdim edib. Respublikalar arasında danışıqların üçüncü raundu 2022-ci ilin sonuna qədər baş tuta bilər".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan beş əsas prinsip əsasında müqavilə layihəsi hazırlayıb və Ermənistan tərəfinə təqdim edib. Bundan sonra danışıqların iki raundu baş tutub.

Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan tərəfinin üçüncü şərhlər paketi artıq Ermənistan tərəfinə təqdim olunub və biz hesab edirik ki, bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların üçüncü raundunun keçirilməsi mümkündür".

Nazirin sözlərinə görə, Azərbaycan Ermənistanla münaqişəni tezliklə həll etməyi qarşısına məqsəd qoyub. “Biz sülh müqaviləsindən danışarkən Azərbaycan tərəfi maksimum dərəcədə köklənib və bu məsələnin tezliklə həllinə yönəlib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti