Milli fəal: "İran kürdləri intensiv şəkildə Naxçıvanla sərhədə köçürür"

      Milli fəal:    "İran kürdləri intensiv şəkildə Naxçıvanla sərhədə köçürür"
  05 Dekabr 2022    Oxunub:355
"İranın daxilində hər hansı bir dəyişiklikdən Türkiyə də nigarandır. Çünki İranda bir çox millətlərin nümayəndələri yaşayır. Bu gün qərbi Azərbaycanda bir türk zolağı yaranmaqdadır. İranın Kürdistan adlanan ərazisinə - Naxçıvanla sərhədə kürdlərin köçürülməsi intensiv şəkildə davam edir. PKK yaranandan bəri İranla əlaqədə olub".
Bu fikirləri Cənubi (Güney) Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzində "İran yeni baxış bucağında" mövzusunda keçirilən ekspert müzakirəsində deyib.

“Azərbaycanın qərb sərhədi Türkiyə, bir hissəsi isə İraq ilə sərhədədək uzanır. Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edir və bu sevindiricidir. Türk dünyası xəyalı artıq reallaşır. Türk dünyası Cənubi Azərbaycan olarsa, tamamlanacaq. Biz türkiyəli qardaşlarımızdan dəstək gözləyirik. Azərbaycandan ciddi motivasiya alırıq”, - deyə o qeyd edib.

Teqlər:







Xəbər lenti