Yaponiya raketdən müdafiə sistemlərini üç dəfə artıracaq

   Yaponiya raketdən müdafiə sistemlərini üç dəfə artıracaq
  05 Dekabr 2022    Oxunub:563
Yaponiya ucqar adalarında raketdən müdafiə sistemləri ilə təchiz edilmiş özünümüdafiə qüvvələrinin sayını təxminən üç dəfə artırmağı planlaşdırır. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Qeyd olunur ki, söhbət ölkənin özünümüdafiə qüvvələrinin Ryukyu adalarındakı raketdən müdafiə sistemləri ilə təchiz edilmiş bölmələrindən gedir. İndi dörd belə bölmə var, 2031-ci ilə qədər onların sayının 11-ə çatdırılması planlaşdırılır.

Müvafiq təşəbbüsün ilin sonuna qədər ictimaiyyətə açıqlanması planlaşdırılan Yaponiyanın yenilənmiş strateji konsepsiyasına daxil ediləcəyi gözlənilir.

Belə altı bölmənin Okinava prefekturasında yerləşdirilməsinin planlaşdırıldığı vurğulanır.

Hökumət KXDR-in nüvə-raket proqramının inkişafı, Çinin gücünün artması və Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar ölkə ətrafında təhlükəsizlik vəziyyətinin pisləşməsindən narahatdır.

Xüsusilə, potensial düşmənin buraxılış qurğularına zərbələr endirmək üçün hücum silahlarının əldə edilməsi məsələsinə baxılır.

Bundan əlavə, bir sıra KİV-dəki mənbələrə görə, Özünümüdafiə Qüvvələrində problem yaşanan zəruri sursat ehtiyatlarının yaradılması planlaşdırılır. Bu, müdafiə büdcəsinin əhəmiyyətli dərəcədə artırılmasını tələb edəcək, lakin heç bir rəsmi hədəf qoyulmayıb.

Ölkənin hakim Liberal Demokratik Partiyası NATO ölkələri ilə analoji olaraq hərbi ayırmaları ÜDM-in 2%-nə çatdırmağı təklif edir ki, bu da indikindən az qala iki dəfə çoxdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti