Ukrayna 9400-dən çox dinc sakin ölüb

Ukrayna 9400-dən çox dinc sakin ölüb
  04 Dekabr 2022    Oxunub:531
Rusiya ordusunun atəşi nəticəsində indiyədək 9400-dən çox ukraynalı dinc sakin həlak olub, 6800-ə yaxın insan yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib. O qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 461 uşaq ölüb. Onun sözlərinə görə, Ukrayna qoşunlarının işğaldan azad etdiyi və düşmənin ən şiddətli atəşə tutduğu ərazilərdə polis yeni cinayətlər qeydə alır.

"Hazırda ölkənin səkkiz regionunda 507 yaşayış məntəqəsində elektrik enerjisi verilmir. Ən çox zərər çəkən Xarkov vilayətidir, burada 112 yaşayış məntəqəsi enerjisiz qalıb. Donetsk və Xerson vilayətlərində 90-dan çox, Nikolayevdə 82, Zaporojyedə 76 və Luqansk vilayətində 43 məntəqədə elektrik enerjisi yoxdur".

AzVision.az



Teqlər:





Xəbər lenti