Britaniya Muzeyi Yunanıstanla gizli danışıqlar aparır

   Britaniya Muzeyi Yunanıstanla gizli danışıqlar aparır
  04 Dekabr 2022    Oxunub:928
Britaniya Muzeyinin sədri Corc Osborn Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə Elgin mərmərinin mümkün qaytarılması ilə bağlı gizli danışıqlar aparır. Bu barədə Pa Media məlumat yayıb.
Yunanıstanın “Ta Nea” qəzetinin yazdığına görə, Osborne və Mitsotakis arasında danışıqlar 2021-ci ilin noyabrından Londonda aparılır.

Qəzetdə danışıqların aktivləşməsi barədə xəbərlərdən sonra muzey böyük kolleksiyanın sökülməyəcəyinə söz vermişdi.

Bununla belə, Mitsotakis Afinaya 17 fiqur və Akropoldakı 2500 illik Parfenon məbədini bəzəyən frizin bir hissəsini qaytarmaq üçün yeni və müsbət tərəfdaşlıq axtardığını deyib.

Mərmər heykəllər 19-cu əsrin əvvəllərində İngiltərənin Osmanlı İmperiyasında səfiri olarkən Lord Elgin tərəfindən oğurlanıb və onların harada nümayiş etdiriləcəyi uzun müddətdir mübahisə mövzusu olub.

Yunanıstanın baş naziri dəfələrlə heykəllərin köçürülməsinə çağırıb, hətta bunun müqabilində başqa xəzinələri də Britaniya Muzeyinə bağışlamağı təklif edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti