Ronaldo ən zəif futbolçular sırasında yer alıb

    Ronaldo ən zəif futbolçular sırasında yer alıb
  04 Dekabr 2022    Oxunub:1312
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatının qrup mərhələsinin ən zəif futbolçuları sırasındadır.
AzVision.az “SofaScore” portalına istinadla xəbər verir ki, heyətdə qapıçı – Meşal Barşim (Qətər), müdafiəçilər – Homam Ahmed (Qətər), Fransisko Kalvo, Oskar Duarte (hər ikisi Kosta-Rika), Alister Conston (Kanada), yarımmüdafiəçilər – Tajon Buşanan (Kanada), Abdulel Al-Malki (Səudiyyə Ərəbistanı), Kərim Budaif (Qətər), Metyu Leki (Avstraliya), hücumçular – Almoez Ali (Qətər) və Kriştiano Ronaldo yer alıblar.

Qətərdə təşkil olunan dünya çempionatı Ronaldonun karyerasında 5-ci mundialdır. Portuqaliya seçməsi turnirin səkkizdəbir final mərhələsində İsveçrə yığması ilə üz-üzə gələcək.

AzVision.az


Teqlər:





Xəbər lenti