Sergey Şoyqu Minskdə belaruslu həmkarı ilə görüşüb

Sergey Şoyqu Minskdə  belaruslu həmkarı ilə görüşüb
  03 Dekabr 2022    Oxunub:747
Rusiyanın müdafiə naziri Sergey Şoyqu belaruslu həmkarı Viktor Xrenin ilə danışıqlar aparmaq üçün Minskə gedib.
AzVision.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Federasiyasının hərbi idarə rəisinin təyyarəsi Maçulişçi aerodromuna enib.

Sergey Şoyqu və Viktor Xrenin arasında baş tutan görüşdən sonra nazirlər hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsinə dair dövlətlərarası sazişə dəyişikliyi özündə ehtivan edən protokolu imzalayıblar.

Görüşdə həmçinin ölkələr arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

AzVision.az



Teqlər: Şoyqu   Xrenin  





Xəbər lenti