162 illik rəsmdəki smartfonun sirri – ŞƏKİL

// Bu nədir: psixoloji illüziya, yoxsa...

   162 illik rəsmdəki smartfonun sirri –    ŞƏKİL
  03 Dekabr 2022    Oxunub:7802
Məşhur avstriyalı rəssam Ferdinand Georq Faldmüllerin (Waldmüller) 1860-cı ildə çəkdiyi və hazırda Münhen muzeyində saxlanılan “Gözlənilən şəxs” (“The Expected One”) adlı əsəri internetdə ən çox müzakirə olunan şəkillərdən biridir. Çünki 162 il əvvəl çəkilmiş bu tabloda cığırla gələn qızın əlində... smartfon var. Hər halda, xarici blogerlər belə iddia edirlər.
Tablodakı mənzərə o qədər aydındır ki, müasir insan gözünün orada smartfon görməməsi sadəcə, mümkün deyil. Başqa nə ola bilər ki? Gənc kəndli qız yəqin ki, sosial şəbəkədəki şəkillərə, videolara baxır, ya da votsappda yazışır. Sevən gənc oğlan isə əlində gül döngədə gizlənərək, onu gözləyir...


Qız əlindəki əşyaya elə baxır ki, smartfondan başqa nəyəsə o cür baxmaq sadəcə, mümkün deyil!

Bunu necə izah etmək olar? Bəlkə şəkil saxtadır? Xeyir, söhbət böyüyəndən sonra tablo ekspertizadan keçirilib və müəyyən edilib ki, həqiqətən də 1860-cı ildə çəkilib.

Mütəxəssislər deyirlər ki, şəkli heç cür izah etmək lazım deyil, çünki rəsmdəki qızın əlində smartfon ola bilməzdi, o sadə səbəbə görə ki, ola bilməzdi, vəssalam! Güman ki, qız kilsədən gəlir, əlindəki “Bibliya”dır və dua etdiyi üçün o tərzdə baxır.

Amma... nə deyirsiniz-deyin, kitaba elə baxmırlar axı! Qız açıq-aşkar smartfona baxır!

İngilis sənətşünas və ekspert Piter Rassel deyir ki, bu, psixoloji illüziyadır: “Məni ən çox mat qoyan odur ki, texnologiyalar insanların qavrayışını necə dəyişib. Biz şəklə baxır və gördüyümüzü tamam başqa kontekstdə qavrayırıq. Yüz il əvvəl kim bu şəklə baxsa, qızın əlində dua kitabı tutduğunu deyəcəkdi. Müasir insan isə orada smartfon görür”.

Tariyel Həsənov
AzVision.az



Teqlər: İncəsənət  





Xəbər lenti