Makron yenidən Putinlə danışacaq

Makron yenidən Putinlə danışacaq
  03 Dekabr 2022    Oxunub:620
Fransa prezidenti Emmanuel Makronun Zaporojye Atom Elektrik Stansiyası (ZNPP) ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Makron TF1-ə verdiyi müsahibədə planlarını açıqlayarkən deyib.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri ilə söhbətdən sonra mülki nüvə enerjisi mövzusunda prezident Putinlə yenidən danışmağı planlaşdırıram”, - Fransa lideri bildirib.

“Biz Ukraynaya kömək etməyə davam etməliyik, eskalasiyanın qarşısını almağa çalışmalıyıq, ZNPP-ni qorumalı və hər kəsin danışıqlar masası arxasında olduğu günə dialoq hazırlamalıyıq”.

AzVision.az



Teqlər:





Xəbər lenti