İsveç PKK üzvünü Türkiyəyə ekstradisiya edib

   İsveç PKK üzvünü Türkiyəyə ekstradisiya edib
  03 Dekabr 2022    Oxunub:1164
İsveç PKK üzvü olduğu üçün haqqında 6 il 10 ay həbs cəzası çıxarılmış Mahmut Tatı Türkiyəyə ekstradisiya edib.
xəbər verir ki,Tat həbs cəzasına görə 2015-ci ildə İsveçə gedərək sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. Bir müddət əvvəl İsveçdə polis tərəfindən həbs olunan Tat Mölndaldakı təcridxanada saxlanılıb. Cümə günü gecə saatlarında Mahmut Tat İstanbula gətirilib, oradan da hökmün icrası ilə bağlı prosedurların həyata keçirilməsi üçün istintaq təcridxanasına göndərilib.

İsveçin terror fəaliyyətinə görə məhkum edilmiş şəxsin Türkiyəyə ekstradisiya etməsi NATO ölkələrinin xarici işlər nazirlərinin və müvafiq iki ölkənin xarici işlər nazirlərinin Buxarestdə baş tutmuş görüşü çərçivəsində keçirilən danışıqlardan iki gün sonra reallaşıb.

Danışıqların yekununda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Ankaranın İsveçdən alyansa qoşulmaq məsələsində daha qətiyyətli münasibət və NATO-ya üzvlüklə bağlı memorandumun yerinə yetirilməsi üçün konkret addımlar gözlədiyini bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti