ABŞ-ın 6-cı nəsil strateji bombardmançı təyyarəsi - VİDEO

   ABŞ-ın 6-cı nəsil strateji bombardmançı təyyarəsi  -    VİDEO
  03 Dekabr 2022    Oxunub:612
Birləşmiş Ştatlar nüvə silahı daşımaq imkanına malik yeni nəsil “B-21 Raider” strateji bombardmançı təyyarəsini təqdim edib.
Mərasim “Northrop Grumman” kompaniyasının Palmdeyl şəhərində (Kaliforniya ştatı) yerləşən zavodunda keçirilib. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin iştirak etdiyi tədbir Pentaqonun saytında yayımlanıb. ABŞ Hərbi Hava Qüvvələri 34 ildən sonra ilk dəfə olaraq yeni nəsil bombardmançı təyyarəni nümayiş etdirir. B-21 təyyarəsinin sələfi “B-2 Spirit” ilk uçuşunu 1989-cu ilin iyulunda həyata keçirmişdi.

“Stels” texnologiyası ilə təchiz olunan yeni təyyarə dünyada ilk altıncı nəsil bombardmançıdır. O, həm adi silahlar, həm də nüvə silahı daşıya bilir. Təyyarə, eyni zamanda “bulud texnologiyaları” ilə işləyir ki, bu da döyüş tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək üçün onun “rəqəmsal əkizini” yaratmağa imkan verir.

“B-21 Raider” təyyarəsinin 2023-cü ildə havaya qalxacağı gözlənilir. Həmin bombardmançıların ilk dislokasiya yeri Hərbi Hava Qüvvələrinin Cənubi Dakota ştatındakı “Ellsworth” bazası olacaq. Sonradan onlar Missuri ştatındakı “Uaytmen” və Texas ştatındakı “Dayse” aviabazalarına köçürüləcək.




AzVision.az

Teqlər:







Xəbər lenti