Bayden şahzadə Uilyamla görüşüb

Bayden şahzadə Uilyamla görüşüb
  03 Dekabr 2022    Oxunub:517
ABŞ Prezidenti Cozef Bayden Massaçusets ştatının Boston şəhərinə işgüzar səfər edən şahzadə Uilyamla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

“Sizi yenidən görməyə şadam”, - C.Bayden bildirib.

Daha sonra onlar Con Kennedi adına Prezident Kitabxana-Muzeyinə yollanıblar.

Daha əvvəl Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə qeyd edib ki, şahzadə Uilyam ilə görüşdə Bayden, xüsusilə iqlim dəyişikliyi ilə mübarizəni müzakirə etməyi planlaşdırır.

AzVision.az



Teqlər: Bayden  





Xəbər lenti