Məscidə hücum: Yaralananlar və ölən var

   Məscidə hücum:    Yaralananlar və ölən var
  02 Dekabr 2022    Oxunub:672
Yəmənin şərqindəki Hadramaut əyalətində məscidə qumbaraatanla hücum olub. Bu barədə RİA Novosti yerli hakimiyyət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, hücum edən şəxs Vadi Haul kəndindəki məsciddə cümə namazı qılınan zaman ibadət edənlərə əl qumbarası atıb. Hücum zamanı 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Təhlükəsizlik orqanları hücumu törədən şəxsi saxlayıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti