Ərdoğan Rişi Sunak ilə danışdı

   Ərdoğan Rişi Sunak ilə danışdı
  02 Dekabr 2022    Oxunub:381
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.
Onlar ikitərəfli əlaqələrin, ilk növbədə, ticarət və müdafiə sənayesi sahələrində daha da inkişaf etdirilməsi üçün atılan addımları müzakirə ediblər.

Ərdoğan sağlam düşüncə və strateji perspektivin Ankara və London arasında münasibətlərdə hökmranlıq edəcəyinə ümid etdiyini deyib.

Liderlər regional məsələlərə də toxunublar. Türkiyə prezidenti vurğulayıb ki, Rusiya və Ukrayna arasında danışıqlar üçün zəminin tezliklə bərpası bütün tərəflərin maraqlarına cavab verəcək.

Türkiyə dövlətinin başçısı həmçinin Kipr probleminin həlli üçün yeni və konkret addımların atılmasının vacibliyini qeyd edib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti