Ermənistan-İran sərhədi yaxınlığında zəlzələ olub

   Ermənistan-İran sərhədi yaxınlığında zəlzələ olub
  02 Dekabr 2022    Oxunub:737
Ermənistan-İran sərhədi yaxınlığında 2,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir.
Zəlzələnin episentrinin Mehri şəhərindən 7 kilometr şimal-şərqdə, mənbəyinin isə 10 km dərinlikdə yerləşdiyi qeyd edilir. Episentrdə yeraltı təkanların gücü 3-4 bal təşkil edib.

Yeraltı təkanlar Mehri və Qafan şəhərində hiss olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti