AQTA-ya yeni mətbuat katibi təyin edildi

AQTA-ya yeni mətbuat katibi təyin edildi
  02 Dekabr 2022    Oxunub:349
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.
AzVision.az xəbər verir ki, həmin vəzifəyə tanınmış jurnalist İlkin Kərimov təyin edilib.

Qeyd edək ki, 16 ildən artıq jurnalistika təcrübəsinə malik olan İlkin Kərimov “ANS TV”, “ASAN Radio” və digər media qurumlarında müxbir, aparıcı, baş redaktor vəzifələrində çalışıb.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə telejurnalist Aysel Fərziyeva çalışıb.

AzVision.az

Teqlər:







Xəbər lenti