Milli Məclis 7 məsələni müzakirə edəcək

Milli Məclis 7 məsələni müzakirə edəcək
  12 May 2014    Oxunub:930
Milli Məclisin növbəti plenar iclası mayın 16-da keçiriləcək.
Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, gündəliyə 7 məsələ təklif olunub.

Bu məsələlərə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə layihə, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanunun ləğv edilməsi barədə layihə, "Körpələr evlərinə, korpələr evi uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanunun ləğv edilməsi barədə qanun layihəsi, dövlət rüsumu haqqında qanuna dəyişiklik edilməsi, Azərbaycan Respublikası Nizami Gəncəvi adına qızıl medalın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə layihə daxildir.


Teqlər:





Xəbər lenti