Maşın ağaca çırpıldı: Ölən var

   Maşın ağaca çırpıldı:    Ölən var
  02 Dekabr 2022    Oxunub:342
Dekabrın 1-də saat 20 radələrində Göygöl şəhəri ərazisində Yeni Zod kənd sakini E.Yusibov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ağaca vurub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Rəsmi məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Bəsti Aslanova hadisə yerində ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az

Teqlər:







Xəbər lenti