Sumqayıtda II kitab sərgisi keçiriləcək – VİDEO

Sumqayıtda II kitab sərgisi keçiriləcək –    VİDEO
  01 Dekabr 2022    Oxunub:425
Sumqayıtda II Kitab Sərgisi keçiriləcək. Ötən il birincisi sərgi oxucular tərəfindən rəğbətlə qarşılanmışdı. İkinci sərgidə daha möhtəşəm proqram və çoxçeşidli kitablar iştirakçıları gözləyir.
Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq.

Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək.

Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov da II Sumqayıt Kitab Sərgisindəki proqramlarda iştirak edəcək.


Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, uşaqlar üçün nəzərdə tutulmuş "kids zone" ilə bu sərgi daha maraqlı olacaq.

Teqlər: Kitab  







Xəbər lenti