Vasif Talıbovun qardaşı saxlanılıb? - YENİLƏNİB

 Vasif Talıbovun qardaşı saxlanılıb? - YENİLƏNİB
  29 Noyabr 2022    Oxunub:1183
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun saxlanılması barədə xəbərlər əsassızdır.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya hüquq mühafizə orqanlarından bildirilib.

Qeyd edək ki, bu gün bəzi media orqanları tərəfindən M.Talıbovun saxlanılması barədə məlumatlar yayılıb.

22:11

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talbovun qardaşı Məhərrəm Talıbov saxlanılması barədə xəbər yayılıb.


AzVision.az Demokrat.az- a istinadən xəbər verir ki, Məhərrəm Talıbov Naxçıvandakı antikorrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.

Qeyd edilir ki, jurnalistin Məhərrəm Talıbovun mobil telefonuna zənginə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırmış olub.

Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq o zaman, onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki, qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.

AzVision.az

Teqlər: Naxçıvan   Həbs  







Xəbər lenti