Müharibədə ölən rusların analarına dəsmal hədiyyə edilib - FOTOLAR

   Müharibədə ölən rusların analarına dəsmal hədiyyə edilib -    FOTOLAR
  28 Noyabr 2022    Oxunub:645
Rusiyada Ukrayna müharibəsində həlak olmuş əsgərlərin analarına qeyri-adi hədiyyələr verilib. AzVision.az xəbər verir ki, bu barədə "Dojd" telekanalı məlumat yayıb.
Qeyd edilir ki, Kursk vilayətinin rəhbərliyi bu addımı analar günü ilə bağlı atıb.

“Analar gününün qeyd olunması ərəfəsində Lqovski rayonunun rəhbəri Sergey Korostelev xüsusi hərbi əməliyyatda iştirak edərkən öldürülmüş hərbçilərin anaları ilə görüşüb”, - deyə Kursk vilayəti administrasiyasının açıqlamasında deyilir. Qeyd olunur ki, Lqovski rayonunun rəhbəri tortdan əlavə, ölənlərin analarına dəsmal dəsti də hədiyyə edib.



Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Hədiyyə   Tort  





Xəbər lenti