“Oğlumdan xəbərim yoxdur” - İsa Həbibbəyli

   “Oğlumdan xəbərim yoxdur” -    İsa Həbibbəyli
  28 Noyabr 2022    Oxunub:346
“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”.
AzVision.az xəbər verir ki, bunu Gununsesi.info-ya Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə münasibət bildirən atası İsa Həbibbəyli deyib.

“Oğlunuz haradadır, ondan xəbəriniz varmı?” sualına AMEA prezidenti İ.Həbibbəyli “Bilmirəm ki, haradadır, xəbərim də yoxdur”, deyərək, telefonun dəstəyini asıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında anti-korrupsiya əməliyyatları başlayıb. Eyni zamanda Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev həbs edilib.

AzVision.az

Teqlər:







Xəbər lenti