Elmar Vəliyev veteranlarla görüşdü - FOTOLAR

Elmar Vəliyev veteranlarla görüşdü - FOTOLAR
  09 May 2014    Oxunub:1989
Faşizm üzərində qələbənin 69 illiyi şəhərimizdə də təntənə ilə qeyd edilib.
Faşizm üzərində tarixi qələbənin 69-cu ildönümü Gəncə şəhərində də təntənə ilə qeyd edilibr. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı qarşısına yüzlərlə insan, eləcə də ikinci dünya müharibəsinin od-alovundan qəhrəmanlıqla keçmiş və sinəsini müxtəlif orden və medallar bəzəyən müharibə veteranları toplaşıblar. Onlar ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışaraq hər il onların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə birdəfəlik yardımın, eləcə də pulsuz mənzil və avtomaşınların verilməsini yüksək dəyərləndirərək bütün bunlara görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq edirdilər.

Bayram tədbiri Böyük Vətən müharibəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şəhər ictimaiyyətinin nümayəndələri Sovet İttifaqı Qəhrəmanı İsarafil Məmmədovun abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar. Əsgərlərin havaya açdıqları yaylım atəşindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev veteranlarla görüşüb söhbət edib, onların problemləri ilə maraqlanıb. Şəhərdə görülən genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə minnətdarlıq edən müharibə veteranları arzu və təkliflərini də bildiribər.

Sonra “Şahin” hərbi idman oyunlarında iştirak edən məktəblilərin paradı olub. Paraddan sonra Xan bağında şəhər uşaq yaradıcılıq mərkəzi üzvlərinin qəhrəmanlıq və vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Qalereya




Teqlər:  





Xəbər lenti