FHN-dən yanan məktəblə bağlı AÇIQLAMA

FHN-dən yanan məktəblə bağlı AÇIQLAMA
  08 May 2014    Oxunub:886
Fövqəladə Hallar Nazirliyi bu gün günorta saatlarında Bayıl qəsəbəsindən yanan məktəblə bağlı rəsmi açıqlama yayıb.
AzVision.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda hazırda tikintisi başa çatmamış ümumi sahəsi 3000 kv.m olan idman zalının xarici divarlarına vurulmuş plastik divar üzlüyü 1020 kv.m, 1 otağın yanar konstruksiyaları və içərisində olan idman ləvazimatları 23 kv.m sahədə yanıb.

İdman zalının qalan hissəsi və ona bitişik ümumi sahəsi 7000 kv.m olan tədris binası yanğından mühafizə olunub. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti