Ramil Usubov vətəndaşlarla görüşəcək

Ramil Usubov vətəndaşlarla görüşəcək
  07 May 2014    Oxunub:941
Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin may ayının 31-də Bərdə rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Naftalan şəhəri, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan , Füzuli, Xocavənd, Goranboy və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşların qəbulu saat 10:00-da başlayacaq.

Bundan başqa, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Naftalan şəhəri, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy və Xocalı rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun:
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;
- boy ölçüsü 180 sm-dən az (qadınlar üçün 170 sm) olmayan;
- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;
- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən çox sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;
- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları qəbulda iştirak edə bilərlər.


Teqlər:





Xəbər lenti