9780 bakalavr proqram seçimi edib - TQDK

9780 bakalavr proqram seçimi edib - TQDK
  06 May 2014    Oxunub:940
Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçiminin vaxtı başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək qəbul imtahanının ikinci mərhələsində iştirak etmək hüququ olan bakalavrlar üçün proqram seçimi başa çatıb.

TQDK-dan bildiriblər ki, ilkin statistik məlumatlara əsasən, 9780 bakalavr proqram seçimində iştirak edib. Həmin bakalavrlar 2014-cü il mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti