“Azərbaycan bizimlə Dağlıq Qarabağı müzakirə etmək istəmir” - Ermənistan XİN

   “Azərbaycan bizimlə Dağlıq Qarabağı müzakirə etmək istəmir” -    Ermənistan XİN
  07 Oktyabr 2022    Oxunub:627
"Biz dəfələrlə bildirmişik ki, Dağlıq Qarabağ xalqının hüquqları və təhlükəsizliyi məsələsi bizim üçün əsas məsələdir. Biz bütün görüşlərimizdə, o cümlədən beynəlxalq tərəfdaşlarla bu məsələləri qaldırırıq. Lakin Azərbaycan bu məsələni Ermənistanla müzakirə etməyə meylli deyil".
AzVision.az xəbər verir ki, bunu ER XİN-in mətbuat katibi “Armenpress” agentliyinin suallarını cavablandırarkən bildirib.

O bildirib ki, beynəlxalq tərəfdaşlar da belə bir fikrə gəlirlər ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və bütün hüquqlarının müdafiəsi məsələləri aydınlaşdırılmalıdır və bu baxımdan Xankəndi ilə Bakı arasında aparılan müzakirələr beynəlxalq səviyyədə görünən mexanizmin yaradılması ilə vacibdir. "Ermənistan, təbii ki, Azərbaycanla bütün təmaslarında məsələni müzakirə edir".

AzVision.az


Teqlər:





Xəbər lenti