İranın səfirliyinə hücum edildi

   İranın səfirliyinə hücum edildi
  07 Oktyabr 2022    Oxunub:1019
İran Danimarkadakı səfirliyinə bıçaqlı şəxs tərəfindən hücum edilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, Kopenhagendəki səfirlik şəhərciyinə daxil olan şəxs əlindəki bıçaqla hədə-qorxu gələrək səfirliyin dayanacağındakı maşınlara zərər verib.
Ətraflı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan səfir Legend Nadipura zəng edərək hücumla bağlı məlumat alıb.

Hücuma reaksiya verən Abdullahiyan, “Təəssüf ki, Avropanın mərkəzində diplomatik toxunulmazlığı olan bir qadına və səfirə belə hücum edilir və polis vaxtında müdaxilə etmir” deyib.

Səfir Nadipur həmçinin Danimarka polisini əvvəlki rəsmi xəbərdarlıqlara baxmayaraq gec müdaxilə etməkdə ittiham edib.

AzVision.az


Teqlər:





Xəbər lenti