Xəzərdə Rusiya gəmiləri toqquşdu - Ölən var

   Xəzərdə Rusiya gəmiləri toqquşdu -  Ölən var
  07 Oktyabr 2022    Oxunub:1057
Xəzər dənizində Rusiya məxsus gəmilərin toqquşması nəticəsində bir nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Ölən şəxsin gəmilərdən birinin idarəçisi olduğu deyilir.

***

Xəzər dənizində Həştərxan yaxınlığında iki kiçikhəcmli gəmi toqquşub.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Bildirilir ki, qəza nəticəsində xəsarət alanlar var.

“Oktyabrın 7-də saat 17:20-də Baş idarənin operativ növbətçiliyinə İkryaninski rayonunda, Xəzər dənizində iki kiçikhəcmli gəminin toqquşması barədə məlumat daxil olub. Toqquşma nəticəsində xəsarət alanlar var”, - məlumatda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti