Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıdı

   Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıdı
  07 Oktyabr 2022    Oxunub:737
Ukrayna Rusiyanın Kuril adalarını rəsmən Yaponiya ərazisi kimi tanıyıb.
AzVision.az UNIAN-a istinadla xəbər verir ki, qərarı Ali Radanın 287 deputatı dəstəkləyib.

Ukrayna parlamenti həmçinin beynəlxalq ictimaiyyəti Yaponiyanın şimal ərazilərinin hüquqi statusu ilə bağlı tədbirləri davam etdirməyə çağırıb.

Qeyd edək ki, Yaponiya Kuril zəncirinin dörd cənub adasına – İturup, Şikotan, Kunaşir və Habomaiyə İkinci Dünya müharibəsinin sonundan, yəni Sovet İttifaqı tərəfindən ilhaq edildikdən bəri iddia edir. 1956-cı ildə rəsmi Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalayıblar, lakin sülh müqaviləsi heç vaxt bağlanmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti