Gəncədə məktəbdə 6 şagird zəhərlənib

   Gəncədə məktəbdə 6 şagird zəhərlənib
  07 Oktyabr 2022    Oxunub:559
Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub.
Bu barədə AzVision.az -a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

TƏBİB-dən isə bildirilib ki, oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edir, vəziyyətləri orta sabitdir.

AzVision.az


Teqlər:





Xəbər lenti