Şarl Mişel Praqa görüşünü şərh edib

   Şarl Mişel Praqa görüşünü şərh edib
  07 Oktyabr 2022    Oxunub:765
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünü şərh edib.
AzVision.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

"Praqada Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Fransa Prezidenti ilə Avropa İttifaqının dəstəkləməyə hazır olduğu gərginliyin davamlı azaldılması və sülh səylərinin intensivləşdirilməsi müzakirə olunub", - paylaşımda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti