ABŞ NATO-nun 14 dövlətində nüvə silahı yerləşdirməyəcək

   ABŞ NATO-nun 14 dövlətində nüvə silahı yerləşdirməyəcək
  07 Oktyabr 2022    Oxunub:633
ABŞ 1997-ci ildən sonra Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulan ölkələrdə nüvə silahı yerləşdirməyi planlaşdırmır.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə bildirib. “Deyə bilərəm ki, ABŞ-ın 1997-ci ildən sonra NATO-ya qoşulan ölkələrinin ərazisində nüvə silahı yerləşdirmək planı yoxdur”, - Patel bildirib. Qeyd edək ki, NATO hazırda 36 ölkədən ibarətdir. 1997-ci ildən sonra alyansa 14 dövlət qoşuldu.

AzVision.az


Teqlər:





Xəbər lenti