Baydenin oğlu tutula bilər

   Baydenin oğlu tutula bilər
  07 Oktyabr 2022    Oxunub:592
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları Amerika lideri Cozef Baydenin oğluna qarşı vergi cinayətlərində və silahların əldə edilməsi ilə bağlı yalan şahidlikdə ittiham irəli sürmək üçün kifayət qədər sübut toplayıblar.
Bu barədə mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb. Qeyd olunub ki, Hanter Baydenə qarşı bu ittihamlarla bağlı son qərarı Delaver ştatının prokuroru Devid Vays verəcək.

D. Vaysın mətbuat ofisi, FTB, Ədliyyə Departamenti və ABŞ vergi idarəsi qəzetin məlumatla bağlı sorğusuna cavab verməyib. Hanter Baydenin vəkili Kris Klark müstəntiqləri məlumat sızdırmaqda ittiham edərək, bunu dövlət cinayəti adlandırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti