"Törədilən hər hansı vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir" - ABŞ səfirliyi

   "Törədilən hər hansı vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir" -    ABŞ səfirliyi
  06 Oktyabr 2022    Oxunub:803
ABŞ-ın Azərbaycandakı səfirliyi Xocavənddəki kütləvi məzarlığa reaksiya verib.
AzVision.az səfirliyin yaydığı məlumatı təqdim edir:

"Uzun sürən bu münaqişə zamanı insan tələfatından dəhşətə gəlir, həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. ABŞ qətliamlar, vəhşiliklər barədə xəbərlərdən olduqca narahatdır.

Törədilən hər hansı vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir. Sülh əldə etmək və yaraları sağaltmaq üçün məsuliyyət, öhdəlik lazımdır.

ABŞ Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində atdığı addımları dəstəkləyir və problemlərin sülh yolu ilə həllinə kömək öhdəliyinə sadiqdir".

AzVision.az


Teqlər:





Xəbər lenti