Rusiya Belarusa 1,5 milyard dollar kredit verəcək

   Rusiya Belarusa 1,5 milyard dollar kredit verəcək
  06 Oktyabr 2022    Oxunub:600
Rusiya idxalı əvəz edən layihələrin həyata keçirilməsi üçün Belarusa 1,5 milyard dollar kredit verəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Aleksey Overçuk 2-ci Xəzər İqtisadi Forumunda bəyan edib. Overçuk qeyd edib ki, tərəflər sazişi tezliklə imzalayacaqlar.

“Qərarlar qəbul edilib. Ya imza atmışıq, ya da imzalamaq üzrəyik. Prinsipcə, müqavilənin bütün parametrləri razılaşdırılıb. İdxalın əvəzlənməsi və müvafiq sahələrin inkişafı ilə bağlı layihələrə 1,5 milyard dollar ayrılacaq”, - deyə o izah edib.

AzVision.az




Teqlər:





Xəbər lenti