Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoydu

   Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoydu
  30 Sentyabr 2022    Oxunub:487
Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, Donbass, Xerson və Zaporojye vilayətlərində keçirilən referendumları pisləyən qətnamənin qəbuluna mane olub.
Beləliklə, qətnamə qəbul edilməyib. ABŞ-ın təklif etdiyi sənədin lehinə Albaniya, Böyük Britaniya, Qana, İrlandiya, Keniya, Meksika, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Fransa səs verib. Braziliya, Qabon, Hindistan və Çin səsvermədə bitərəf qalıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti