NATO hələ Ukraynanı öz sıralarına qəbul edə bilmir - Stoltenberq

   NATO hələ Ukraynanı öz sıralarına qəbul edə bilmir -    Stoltenberq
  30 Sentyabr 2022    Oxunub:886
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans hələlik Ukraynanı öz sıralarına qəbul edə bilməz.
“İndi biz Ukraynanı NATO-ya qəbul edə bilmərik, bu qərar 30 tərəfdaş ölkənin görüşündə verilir”, - o deyib.

Onun sözlərinə görə, istənilən ölkənin öz yolunu müəyyən etmək hüququ var, NATO-nun qapıları açıqdır və alyans Kiyevə yardıma diqqət yetirəcək.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb. Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO alyansının bir hissəsidir.

“Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir... Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, - Zelenski deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti