Bayden: ABŞ Ukraynanı keçmiş sərhədləri daxilində tanıyacaq
"ABŞ Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə həmişə hörmətlə yanaşacaq. Biz Ukraynanın öz ərazisi üzərində nəzarəti bərpa etmək səylərini dəstəkləməyə davam edəcəyik", - Bayden bəyanatında bildirib.
O, 1,1 milyard dollar məbləğində hərbi yardımın ayrılmasını xatırladıb və Ukraynaya dəstək üçün daha 12 milyard dolların ayrılması ilə bağlı Konqresdə baxılan qanun layihəsini imzalamağa hazır olduğunu bildirib.
Amerika lideri bir daha dünya birliyinin bütün üzvlərini Rusiyanın qeyri-qanuni ilhaq cəhdlərini rədd etməyə və lazım olan müddət ərzində Ukrayna xalqını dəstəkləməyə çağırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: