ABŞ dörd regionunun ilhaqı ilə bağlı Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

   ABŞ dörd regionunun ilhaqı ilə bağlı Rusiyaya yeni sanksiyalar tətbiq edəcək
  30 Sentyabr 2022    Oxunub:546
ABŞ Ukraynanın dörd regionunun ilhaqı ilə bağlı Rusiyaya yeni sanksiyalar tətbiq edəcək.
AzVision.az xəbər verir ki, bu barədə NBC telekanalının jurnalisti Piter Aleksandr ABŞ prezident administrasiyasının nümayəndəsinə istinadən məlumat verib.

"Bayden administrasiyasının bu səhər Rusiyanın Ukraynanın şərqinin bəzi hissələrini ilhaq etmək cəhdinə "yeni iqtisadi xərclər", yəni sanksiyalar elan etməklə cavab verəcəyi gözlənilir", - o, tvitter hesabında yazıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti