AMEA-nın yeni strukturu təsdiqlənib

   AMEA-nın yeni strukturu təsdiqlənib
  30 Sentyabr 2022    Oxunub:517
Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu təsdiq edilib.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti