“Şuşaya azadlıq! – 22 dildə” - VİDEO

“Şuşaya azadlıq! – 22 dildə” - VİDEO
  05 May 2014    Oxunub:1293
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanmış “Şuşaya Azadlıq - 22 dildə” videoçarxının təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycan torpaqlarının 20 ildən artıq müddətdə Ermənistanın işğalı altında saxlanmasının əsas səbəblərindən biri kimi əksər beynəlxalq təşkilatların münaqişənin ədalətli həllinə göstərdiyi laqeydliyi nümunə göstərib: “Azərbaycan cəmiyyətində haqlı olaraq bu qurumun problemin həlli ilə deyil, onun uzadılması ilə məşğul olması ilə haqqında rəy formalaşıb”.

Azay Quliyev Şura tərəfindən ilk dəfə olaraq 22 müxtəlif dildə “Şuşaya Azadlıq!” şüarının səsləndirildiyi “Şuşaya Azadlıq! - 22 dildə” videoçarxının hazırlandığını qeyd edib. “Şuşanın azadlığı Qarabağın azadlığıdır” deyən Şura sədri bu şəhərlə bağlı saysız maddi və mənəvi irs nümunələrinə sahib olmağımızın ermənilərin işğalçılıq siyasətinin ifşasını xeyli asanlaşdırdığını vurğulayıb.

Qısa filmdə Şuşanın işğaldan əvvəlki abad və işğaldan sonrakı dağıdılmış vəziyyəti canlandırılıb. Videoçarxda 22 müxtəlif ölkənin vətəndaşı ana dillərində “Şuşaya azadlıq!” şüarını səsləndirib.

AzVision.az “Şuşaya azadlıq! – 22 dildə” adlı videoçarxı təqdim edir:




Teqlər:  





Xəbər lenti