Mədəsindən 63 qaşıq çıxdı

   Mədəsindən 63 qaşıq çıxdı
  30 Sentyabr 2022    Oxunub:508
Hindistanın Şimalında yerləşən Müzəffərnəqar bölgəsində qeyri-adi hadisə baş verib.
AzVision.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, şiddətli mədə ağrısı ilə xəstəxanaya üz tutan şəxs tibb işçiləri tərəfindən dərhal tibbi müayinə olunub.

Nə yemək yeyə, nədə ki su içə bilən 32 yaşlı xəstənin mədə ağrısının səbəbini müəyyən etmək üçün rentgen və tomoqrafiya edilib. İlkin olaraq həkimlər şişdən şübhələniblər. Lakin müayinə zamanı aydın olub ki, kişinin mədəsində yad maddə mövcuddur.

İki saatdan çox keçən əməliyyatdan sonra həkim baş verənin 35 illik peşə həyatının ən nadir tibbi hadisələrindən biri olduğunu qeyd edərək bunları əlavə edib: “Əməliyyat zamanı xəstənin mədəsində materialı poladdan olan 63 ədəd qaşıq olduğunu aşkar etdik. O, qaşıqların baş hissələrini qıraraq, tutacaqlarını udub.”

Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti