Ankara Kiprdə eskalasiya cəhdlərini cavabsız qoymayacaq - Çavuşoğlu

   Ankara Kiprdə eskalasiya cəhdlərini cavabsız qoymayacaq -    Çavuşoğlu
  30 Sentyabr 2022    Oxunub:657
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə ABŞ-ın Yunan Kiprinə silah embarqosunu ləğv etmək qərarına cavab verəcək.
“Türkiyə Vaşinqtonun Yunan Kiprinə silah embarqosunu ləğv etmək qərarına konkret addımlarla cavab verəcək. Əgər adada eskalasiya istəsəniz, lazımi şəkildə cavab verəcəyik!.

Şimali Kipr Türk Cumhuriyyətindəki qardaşlarımızı qorumaq bizim haqqımızdır. 1960-1974-cü illərdən danışılır, amma o günlər geridə qalıb. Biz o günləri geri qaytarmayacağıq. Biz Şimali Kipr Türk Cumhuriyyətinnin hüquqlarını hər zaman qorumuşuq və qoruyacağıq”, - deyə Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, adada Türkiyə ilə Yunanıstan arasında balans var. ABŞ da Türkiyə ilə Yunanıstan arasında balans siyasəti yürüdüb.

"Artıq 2 ildir ki, bu siyasətdən uzaqlaşmağa başlayıb. Bu barədə xəbərdarlıq etdik. ABŞ bu son qərarı ilə balans siyasətini tamamilə pozduğunu və tamamilə Yunanıstan tərəfdarı olduğunu göstərir.

Silah baxımından nə lazımdırsa olacaq. Biz ABŞ-ın bu qərarına konkret addımlarla cavab verəcəyik. Adaya soxulmaq istəyirsənsə, lazım olanı edəcəyik".

ABŞ-ın bu qərarına konkret addımla reaksiya verməli olduqlarını bildirən Çavuşoğlu: “Dost-düşmən, hər kəsə indi başqalarının verdiyi qərarlara boyun əyməyən bir Türkiyə olduğunu göstərmək lazımdır”,-deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti